Bağla

Daxil olun

Please login with your username and password.

Login

Can’t remember your accounts password?

Can't access your account?

Dil seçimi edin

This page is available in the following languages:

    Zəhmət olmasa yerinizi seçin

    Beton istehsalı

    Qatqı maddələrindəki yeniliklərimiz dəmir-beton konstruksiyalara dəyər və etibar qazandırır.

    Etibarlı qatqı maddəsi təchizatçısına malik olmaq, istənilən beton istehsalçısının uğur qazanması üçün zəruridir. MBCC Group​ şirkətinin Master Builders Solutions markası betonun tökülməsi, nasosla vurulması, yekun qatının çəkilməsi, görünüşü, iş qabiliyyəti və davamlılığı kimi xüsusiyyətlərini təkmilləşdirmək üçün hazır beton, tökmə/ilkin gərilmiş beton elementləri, yol betonu və yeraltı konstruksiya ilə bağlı bazarlara təchiz olunan qabaqcıl məhsulların yenilikçisi olaraq inşaat sənayesində liderlik edir. Betonun gücünü, dayanıqlılığını, suya qarşı izolyasiyasını, görünüşünü və davamlılıq xüsusiyyətlərini təkmilləşdirmək üçün tamamlayıcı qatqılarla birlikdə betonun effektivliyini, iş qabiliyyətini və məhsuldarlığını artırmaq məqsədilə  yüksək keyfiyyətli plastifikatorların geniş çeşidini təklif edirik.

    Plastifikatorlar

    Xüsusi olaraq hazırlanmış qatqı maddələrimizin asan şəkildə tökülüb döşənməsi üçün yüksək iş qabiliyyətinə və dayanıqlığa malik möhkəm betonun istehsalına imkan verən su azaldıcı xüsusiyyətləri vardır. Bu plastifikatorlar MasterGlenium, MasterPolyheed, MasterRheobuild və MasterPozzolith məhsul qruplarına daxil olurlar və bərkimə müddətinə təsir göstərmədən qatılığın saxlanmasını təmin etmək üçün MasterSure texnologiyamız ilə birləşdirilə bilər.

    MasterGlenium: Yüksək iş qabiliyyətinə malik beton istehsalında istifadə olunan beton qatqı texnologiyası həlləri

    MasterPolyheed:

    Orta və yüksək dayanıqlığa malik beton istehsalında istifadə olunan beton qatqı texnologiyası həlləri

    MasterRheobuild:

    Orta və yüksək dayanıqlığa malik beton istehsalında istifadə olunan beton qatqı texnologiyası həlləri

    MasterPozzolith: 

    Zəif və orta dayanıqlığa malik beton istehsalında istifadə olunan beton qatqı texnologiyası həlləri

    MasterCast

    Çökmə səviyyəsi sıfır olan beton istehsalı texnologiyası üzrə həllər

    Xüsusi məhsullar

    Betona aid aralıq məhsullarımız, beton qəlibinin sökülməsini, bərkimə müddətinə nəzarəti, betonun öz-özünə yerləşməsini, hava cəlb etməsini, korroziyaya qarşı xüsusiyyətlərini yüksək səviyyəyə qaldırır, betonun sulfat təsirinə və qələvi silisium oksid reaksiyasına qarşı müqavimətini artırır və səthin görünüşünü yaxşılaşdırır.

    Dünya təsnifatında innovativ qatqı məhsulları və bu sahədə ixtisaslaşması ilə, MBCC Group şirkəti spesifik iş qabiliyyəti parametrlərinə malik betonun hazırlanmasında beton istehsalçılarına dəstək verir. Spesifik iş qabiliyyəti parametrlərinə istəyə bağlı dayanıqlılıq, həssaslığın azaldılması, yüksək səviyyəli davamlılıq, aşınmanın qarşısının alınması, çatların yoxlanması və suya dayanıqlılıq daxildir. Müştərilərimizin gəlirlərini artırmaq və onlara bazarda fərqli mövqe qazandırmaq üçün məhsulların bu rəqibsiz iş qabiliyyəti parametrləri və əlverişli xüsusiyyətləri, MBCC Group şirkəti tərəfindən hazırlanan bir sıra yeni elektron alətdən istifadə olunmaqla artırıla bilər.

    MasterCast: Çökmə səviyyəsi sıfır olan beton istehsalı texnologiyası üzrə həllər

    MasterLifeDayanıqlığın möhkəmləndirilməsi üzrə həllər

    MasterAir: Hava sorucu qatqı maddəsi

    MasterFinish: Qəlib ayırıcı texnologiya üzrə həllər

    MasterKure: Beton bərkiməsi üçün

    MasterSet: Betonun bərkiməsinə nəzarəti tənzimləyən beton qatqı texnologiyası

    Master X-SeedBetonun ilkin dayanıqlığını sürətləndirən, təkmilləşdirilmiş beton qatqı texnologiyası üzrə həllər

    MasterFiber: Mil armaturlarla möhkəmləndirilmiş beton üçün geniş əhatəli həllər