​​MasterTile - yapışdırıcı sistemləri

Niyə MasterTile?

BASF şirkətinin Master Builders Solutions markası altındakı MasterTile məhsul qrupu, keramik pilətələrin və təbii daşların fərqli sahələrdə möhkəmləndirilməsi üçün hazırlanmış çox təyinatlı, kipləşdirici, epoksid və dispersiya əsaslı bir yapışdırıcı sistemdir.

MasterTile sistemini analoqu olmayan bir həllə çevirən meyar nədir?

MasterTile sistemindəki məhsullar, keramik plitə və təbii daşların yerləşdirilməsi zamanı ortaya çıxa biləcək problemlərin öhdəsindən gələrək elastik və effektiv bir həll təklif edir. MasterTile sistemindəki məhsullar forma dəyişikliyinin, rəng itməsinin və saralmanın qarşısını almaq üçün təbii daş və pliətələrin zəy, yapışqan və sement məhlulundan gələn su təsirini ən minimum səviyyəyə endirir. Eyni zamanda sistem və plitə arasında mükəmməl bir əlaqə yaratmaqla zərbə dayanıqlığı yüksək bir suvaq sistemi əmələ gətirərək hər hansı bir çatın olmamasını təmin edir. MasterTile sistemi keramik plitələrin və ya təbii daşın orijinal mükəmməlliyini qoruyur.

Ehtiyaclarınız üçün etibarlı iş ortağı

Texniki dəstək qrupumuz məhsulun istismar müddətini nəzərə alaraq keyfiyyət, dayanıqlılıq, davamlılıq və maya dəyəri baxımından ən effektiv həlli təklif edir. MasterTile məhsul sistemlərimiz, tətbiq sürəti və istismara davam etmə çevikliyinin əhəmiyyət daşıdığı işlərdə və sektorlardakı müştərilərin spesifik tələbatlarını ödəyəcək şəkildə layihələndirilmişdir.

MasterTile məhsulları​

MasterTile® 4 - sement əsaslı kafel yapışdırıcısı (incə dənəcikli)

MasterTile® 5 - sement əsaslı kafel və metlax yapışdırıcısı (incə dənəcəkli)

MasterTile® 14 - keramika və kafel üçün sement əsaslı yapışdırıcı (qalın dənəvərli) 

MasterTile® 15​ - keramika və saxsı üçün sement əsaslı yapışdırıcı (incə dənəvərli) 

MasterTile® 17 - keramika və saxsı üçün sement əsaslı yapışdırıcı (incə dənəvərli) 

MasterTile® 700 - kimyəvi maddələrə və bakteriyalara qarşı dayanıqlı, keramikalar üçün iki komponentli epoksid əsaslı yapışdırıcı və tikişlər üçün dolğu materialı. 

MasterTile® FLX 22 - sement əsaslı polimer möhkəmləndiricili keramika, mərmər və qranit yapışdırıcısı (incə dənəcikli) 

MasterTile® FLX 24 - keramika (saxsı) və qranit üçün polimer möhkəmləndiricili sement əsaslı, yüksək effektə malik elastik yapışdırıcı. 

MasterTile® FLX 29 - sement əsaslı, tərkibi polimerlərlə gücləndirilmiş qranit, mərmər, təbii daş, mozaik şüşə və yerə döşənən plastik daşların yapışdırılmasında istifadə edilən elastik və yüksək stabilliyə malik olan unversal yapışdırıcıdır. 

MasterTile® FLX 555 - keramika və kafel üçün sement əsasli elastik dərz dolğusu.

MasterKupon®- bir dəfəlik hədiyyə kuponu. 

MasterTile® P300 - kopolimer akril əsaslı, dayanıqlılığı artıran astar 

MasterTile® P302 - polimer modifikasiyalı qatran əsaslı, emal olunmamış beton səthlər, divarlar və tavanlar üçün suvaq astarı 

MasterTile® WP 635 - ikikomponentli, polimer möhkəmləndiricili, sement və akril əsaslı su izolyasiya materialı 

MasterTile® WP 665 - birkomponentli, polimer möhkəmləndiricili, sement əsaslı su izolyasiya materialı 

MasterTile® WP 666 - ikikomponentli, sement və akril əsaslı, elastik su izolyasiya materialı 

MasterTile® WP 667​ -  ikikomponentli, sement və akril əsaslı, yarım elastik su izolyasiya materialı ​


Könül Tiz

Marketinq xidmətləri

Mob.: +99450 224 80 59  

Email: konul.tiz@mail.mbcc-group.com