Bağla

Daxil olun

Please login with your username and password.

Login

Can’t remember your accounts password?

Can't access your account?

Dil seçimi edin

This page is available in the following languages:

    Zəhmət olmasa yerinizi seçin

    ​​​​​MasterBrace FRP (Fiberlə Möhkəmləndirilmiş Polimer) kombinə möhkəmləndirmə sistemləri

    MasterBrace məhsullar sistemi necə təsir göstərir?
    MasterBrace, konstruksiya elementlərinə əlavə möhkəmlik verən liflə möhkəmləndirilmiş polimer qatışıqlara əsaslanan innovativ bir bərpa və möhkəmləndirmə sistemidir. Dayaq konstruksiyaların yükə dayanıqlılıq gücünün və dayanıqlığının artırılmasında istifadə oluna bilər. MasterBrace eyni zamanda körpülərin yenilənməsində və inşasında istifadə olunan xüsusi konstruksiya yapışdırıcı markamızın da bir parçasıdır.

    MasterBrace möhkəmləndirici sistemi bənzərsiz həllə çevirən meyar nədir?
    MasterBrace sistemi, MBCC Group şirkətinin​ Master Builders Solutions markasının mütəxəssisləri tərəfindən təmin olunan tam sistem dəstəyi ilə birlikdə təchiz olunur. Sahəsində ixtisaslaşmış mühəndis və texniki dəstək heyətimiz sayəsində  MasterBrace FRP  kombinə möhkəmləndirmə sisteminə uğurlu tətbiqlə yanaşı spesifikasiya və dizayn dəstəyi, praktiki təlim və sahə daxili sınaq xidmətləri də daxildir.

    MasterBrace, möhkəmləndirmənin tələb olunduğu hər yerdə istifadə olunacaq şəkildə dizayn olunmuşdur:
    • Beton və yığılma konstruksiyalarda yükə dayanıqlılıq gücünü artırmaq,
    • Beton konstruksiyaların aşınma səbəbindən azalan həcmlərini artırmaq,
    • Dizayn və ya inşaat xətalarını düzəltmək,
    • Konstruksiyanın istifadə təyinatının dəyişməsi
    • Seysmik möhkəmləndirmə.

    MasterBrace məhsulları

    MasterBrace® ADH 1406​ - Epoksid əsaslı, təmir, anker və montaj məhlulu