Bağla

Daxil olun

Please login with your username and password.

Login

Can’t remember your accounts password?

Can't access your account?

Dil seçimi edin

This page is available in the following languages:

    Zəhmət olmasa yerinizi seçin

    ​​MasterTop - poliuretan döşəmə örtükləri

    Niyə MasterTop?

    MBCC Group şirkətinin Master Builders Solutions brendi altında təqdim edilən MasterTop məhsul ailəsi müxtəlif sahələrdə sənaye və dekorativ məqsədlərlə tətbiq edilən, quru qarışıq şəklində olan sement, epoksid və poliuretan universal döşəmə örtükləri xəttidir.

    MasterTop həllinin unikallığı nədədir?

    MasterTop möhtəşəm poliuretan döşəmə örtükləri elastikliyi, cızıqlara qarşı davamlılığı və möhkəmlikləri ilə fərqlənirlər. MasterTop ictimai, inzibati və ticarət binaları, həmçinin səhiyyə və təhsil müəssisələri üçün ideal həlldir, çünki poliuretan döşəmə örtükləri tam tikişsizdirlər, onlar cəlbedici, gigienik, asan təmizlənən, uzunömürlü, üstündə gəzmək xoş olan döşəmə yaradırlar.

    MasterTop epoksid döşəmə örtükləri xətti adətən zavodlarda və anbarlarda istifadə edilir, çünki belə örtüklər yüksək mexaniki möhkəmlikləri və aqressiv mayelərə (məsələn, kimyəvi maddələrə, yağlara, xlorid və yanacağa) davamlılıqları ilə səciyyələnirlər.

    Biz həmçinin qənaətli və köhnəlməyə davamlı səthlər tələb olunan zavod və anbarlarda möhkəmləndirilmiş üst qatlı beton döşəmələrin hazırlanması üçün nəzərdə tutulmuş, quru qarışıqdan hazırlanmış, sement əsaslı MasterTop toppinqlərini təklif edirik. Yüksək mexaniki möhkəmlik təmin etmək üçün döşəmələrin belə möhkəmləndirilmiş üst qatları qumdan, sementin xüsusi növlərindən və möhkəm dolduruculardan hazırlanırlar.

    Döşəmələriniz üçün etibarlı tərəfdaş​

    Bizim texniki dəstək xidmətləri ən yüksək keyfiyyətli, optimal davamlılıqlı və rentabelli döşəmə örtüklərinin düzgün seçimi üçün məhsulun tam istismar müddətini nəzərə alırlar. Çəkilmə sürəti və təmir-bərpa işlərinin ümumi müddətinin azaldılması kimi amillərin vacib olduğu bir zamanda MasterTop məhsullarımız müxtəlif müştərilərin tətbiq sahələrinin spesifik tələbatlarının qarşılanması üçün hazırlanıblar.

    MasterTop məhsulları

    MasterTop® 100​ - Sement əsaslı istifadə üçün hazır olan üst qat sərtləşdiricisidir
    MasterTop® 430​ - Korund aşqarlı səth bərkidicisi
    MasterTop® 505​ - Sement əsaslı özüyayılan düzləşdirən hamarlayıcı qat məhlulu
    MasterTop® 528​​​​ - Sement əsaslı, özüyayılan hamarlayacı örtük
    MasterTop® 535​​ - Sement əsaslı, özüyayılan döşəmə örtüyü
    ​MasterTop® 135 PG​ - Yeni salınmış sənaye təyinatlı beton təbəqələrin səthinin möhkəmləndirilməsi və mövcud (köhnə) beton döşəmələrin nazik qatlı, yüksək dayanıqlı üzlüklərin çəkilməsi üçün quru qarışıq
    ​​​​MasterTop® 1273​ -  Orta istismar yükləri üçün nəzərdə tutulmuş sənaye təyinatlı, hamar epoksid səth sistemi​
    MasterTop® CC 733​ - Litium silikat əsaslı, köhnə və yeni beton üzərinə tətbiq edilən maye səth bərkidicisi

    Könül Tiz

    Marketinq xidmətləri

    ​Mob.: +99450 224 80 59  

    Email: konul.tiz@mail.mbcc-group.com​​​​