Bağla

Daxil olun

Please login with your username and password.

Login

Can’t remember your accounts password?

Can't access your account?

Dil seçimi edin

This page is available in the following languages:

    Zəhmət olmasa yerinizi seçin

    Su izolyasiya və germetizasiya

    MasterSeal® – universal su izolyasiya həlləri

    Master Builders Solutions brendi altında təqdim edilən MasterSeal həlləri beton konstruksiyaları ətraf mühitdəki suyun, nəmişliyin və çirkləndirici maddələrin arzuolunmaz sızmasından qoruyan yüksək effektiv su izolyasiya və germetizasiya məhsullarıdır.

    Su izolyasiya üzrə ekspertləri dünyanın bütün regionlarında investorlara, layihə sifarişçilərinə və planlaşdırıcılarına, örtük çəkmə üzrə mütəxəssislərə təmir, su izolyasiya və betonun germetizasiyası üçün məhsulların unikal birləşməsini ən qənaətli, etibarlı və uzunömürlü həll kimi təklif edir.

    Biz əllə və ya tozlama üsulu ilə çəkilən, istənilən növ beton konstruksiyaların bərpası və müdafiəsi üçün nəzərdə tutulmuş innovativ və tez bərkiyən su izolyasiya tərkibləri tədarük edirik.

    Master Builders Solutions brendinə məxsus germetiklər dayanıqlı yapışma yaradır. Bu, bir neçə səth arasındakı hərəkətə mane olmur, lakin konstruksiyanın daxilinə su, nəmişlik və ya çirkləndirici maddələrin sızmasının qarşısını alır. Nəticədə su və kimyəvi maddələrin dağıdıcı təsirlərindən müdafiə yaranır, konstruksiya hətta yüksək nəmişlik və hərəkət intensivliyi olan mühitlərdə belə bütövlüyünü saxlayır.

    MasterSeal® su izolyasiya və mastikalar məhsul qrupu:

    • Sintetik membranlar
    • Sement/akril əsaslı
    • Bitum əsaslı su izolyasiya materialları
    • Poliuretan əsaslı
    • Poliurea əsaslı  
    • Epoksid əsaslı
    • Hibrid polimer əsaslı
    • Polisulfid əsaslı
    • Bitum - poliuretan əsaslı
    • Su izolyasiya aksesuarları

    MasterSeal® tətbiq sahələri:

    • Özül və arakəsmələr
    • Nəm sahələr
    • Eyvanlar
    • Dam və yaşıllıqlı damlar
    • Avtomobil dayanacaqları
    • Təyyarə anqarları və hava limanları
    • Terrasların su izolyasiyası
    • Tunellər
    • Hovuzlar və süni göllər
    • Körpülər
    • Sənaye müəssisələri və sənaye qurğuları
    • Su anbarları
    • Tikişlərin izolyasiyası.

    MasterSeal məhsulları

    MasterSeal® 501​ - mineral kristallik, kapilyar effektli, sement əsaslı su izolyasiya materialı
    MasterSeal® 525 - iki komponentli, UB şüalara qarşı dayanıqlı, sement və akril əsaslı elastik su izolyasiya materialı
    MasterSeal 563​ - sulfata davamlı sement əsaslı, tək komponentli, polimer möhkəmləndiricili, məişət tullantıları suyu olan tikintilərdə istifadə olunan su izolyasiya materialı
    MasterSeal® 582​ - müsbət və mənfi təzyiqli su izоlyаsiyаsı üçün sеmеnt-аkril əsаslı, tək komponentli​ su izоlyаsiyа mаtеriаlı
    MasterSeal® 589​ - müsbət və mənfi təzyiqli su izоlyаsiyаsı üçün sеmеnt аkril əsаslı, iki kоmpоnеntli, elastik su izоlyаsiyа mаtеriаlı​​​ 
    MasterSeal® 612​ - bitum kauçuk lateks emusiyalı su izolyasiya materialı
    MasterSeal® 620​​ - bitum/kauçuklu lateks emulsiya əsaslı su izolyasiya materialı
    MasterSeal® 930​ - deformasiya və inşaat tikişləri (temperatur dərzləri) üçün su keçirməyən, termoplastik, deformasiyaya qarşı sarğıdır
    MasterSeal® 440 - poliuretan əsaslı, tək komponentli, elastomerik, tikiş doldurma mastikası​
    MasterSeal® NP 474​ - dərzlər üçün poliuretan əsaslı, tək komponentli elastomer dolğu mastikası. 



    ​​​


    ​​Könül Tiz

    Marketinq xidmətləri

    ​Mob.: +99450 224 80 59  

    Email: [email protected]