Bağla

Daxil olun

Please login with your username and password.

Login

Can’t remember your accounts password?

Can't access your account?

Dil seçimi edin

This page is available in the following languages:

    Zəhmət olmasa yerinizi seçin

    Çoxmərtəbəli avtomobil dayanacaqları üçün həllər

    Çoxmərtəbəli avtomobil dayanacaqları üçün peşəkar su izolyasiya həlləri

    MBCC Group şirkətinin Master Builders Solutions markası çoxmərtəbəli avtomobil dayanacağı konstruksiyalarında rastlanan problem və ətraf mühit çətinliklərinin öhdəsindən gəlmək üçün sınaqdan çıxmış, bənzəri olmayan məhsulları MasterSeal məhsul portfeli üzrə təqdim etməkdədir.

    Çoxmərtəbəli avtomobil dayanacaqlarını buzlanma, qar, sıx tıxac,  ətraf mühit təsirləri nəticəsində korlanmaqdan qorumaq üçün unikal həll yollarını təmin etmək məqsədilə MBCC Group şirkəti; yüksək iş qabiliyyətinə malik, suya dayanıqlı yol membranlarının geniş çeşidini hazırladı. Bizim su izolyasiya məhsullarımız eyni zamanda estetik cəhətdən xoş bir mühiti, layihə dəyişikliklərindəki asanlığı və mükəmməl bir dayanıqlığı təmin etmək üçün də hazırlandılar.

    Bütün avtomobil dayanacağı layihələrinin spesifik olması səbəbindən, dünya miqyasında uzun müddətli peşəkar təcrübəmiz yerli şərtlərə və standartlara cavab verərək düzgün məhsul və sistemlərin tövsiyə edilməsinə təminat verir. Su keçirməyən izolyasiya kipləşdiriciləri və beton təmiri məhsullarımız, ən kiçik xərclə mümkün olduqca ən qısa müddət ərzində tikilini istismara verə biləcək sistemləri əmələ gətirmək üçün uyğunlaşdırılırlar.

    MasterSeal (üzərindən nəqliyyat vasitələri keçə bilər)

    MasterSeal  (izolyasiya elementləri)

    Uyğunlaşa bilən tərəfdaşlıqlar – Beton üzrə mütəxəssislərimiz sizin üçün buradadırlar.

    Funksional və etibarlı avtomobil dayanacaqlarının inşası üçün MBCC Group ​şirkətinin Master Builders Solutions markası, buzlanma əleyhinə duzların və  nəqliyyatın hərəkətinin səbəb olduğu dağılma və aşınma ilə yanaşı donma ərimə hallarına, dəyişən temperaturlara, anormal hava şəraitinə qarşı qorunmanı təmin edən qatqıların geniş portfelini təklif edir.

    Qabaqcıl texnologiyamız uzun müddətli təhlükəsizlik və dayanıqlığı təmin edərkən, betonun ümumi olaraq görünüşünü, tökülmə qabiliyyətini və dayanıqlığını yüksəltməklə iş keyfiyyətini artırmada və tikintini sürətləndirmədə beton istehsalçılarına kömək edir.

    Hər bir avtomobil dayanacağı digərinin təkrarı olmadığından, beton üzrə etibarlı mütəxəssislərimiz müvəffəqiyyət üçün düzgün həlli tapmaq və hər bir tikinti layihəsinin tələbatlarını müəyyən etməkdə yardımçı olmaq üçün uzun müddətdir mövcud olan peşəkar təcrübələrini praktiki texniki dəstəklə birləşdirirlər.

    Minimal boşdayanma müddəti ilə peşəkar beton təmiri və mühafizəsi strategiyaları

    MBCC Group ​şirkəti​ düzgün bir şəkildə təmir olunmuş, texniki xidmət gösərilmiş və etibarlı olan avtomobil dayanacağı konstruksiyalarının dəyərini bilir. İstismar müddətinin azalması, avtomobil dayanacağı sahibləri üçün gəlir itkisinə və onların müştəriləri üçün narahatçılığa səbəb ola bilər.

    Gündəlik olaraq avtomobil dayanacaqları davamlı şəkildə nəqliyyat vasitələrinin hərəkətinin səbəb olduğu dağılma və aşınma, külək, yağış, qar və buzlanma əleyhinə duz, yağ sızması və çirk kimi mənfi təsirlərə məruz qalırlar.

    Ən qısa müddətdə avtomobil dayanacağınln tam gücü ilə fəaliyyət göstərməsi məqsədilə, texniki xidmətin və təmirin növündən asılı olmayaraq, konstruksiyanın təmiri və qorunması üzrə etibarlı mütəxəssislərimiz birinci dəfədən düzgün həlli müəyyən etmək üçün kömək edirlər.

    Uzun müddətli qorumanı və ən effektiv bərpanı təmin etmək məqsədilə, sürətlə quruyan təmir məhlullarından beton möhkəmləndiricilərə, çat bərpaedicilərə və korroziya inhibitorlarına qədər bazarda qabaqcıl yer tutan məhsul çeşidimiz, birlikdə istismar olunacaq şəkildə hazırlanmışdır. Bundan başqa, mütəmadi olaraq müştərilərimizin gözləntilərindən irəliyə gedən yeni kəşflər etməyə çalışırıq.