MasterFlow® 402 - epoksid əsaslı, dənəvər kvars dolduruculu, üç komponentli öz-özünə yayılan məhluldur.
TƏTBİQ SAHƏSİ
- Ağır dəzgahların quraşdırılmasında;
- Yüksək dinamiki yüklərə səbəb olan avadanlıqların altındakı özüllərdə;
- Yüksək möhkəmlik tələb olunan, portal və qüllə kranlarının dirək və tirləri üçün əsasların təmirində;
- Körpü dirəklərində;
- Polad sütunların əsasla təsbit edilməsində;
- Dəniz qurğularının təmirində və qulluq edilməsində;
- Yer altında qalan memarlıq konstruksiyaların təmirində və qorunmasında;
- Döşəmə və inşaat konstruksiyalarında olan geniş çatların təmirində istifadə olunur.
ÜSTÜNLÜKLƏRİ
- Astarsız tətbiq olunması;
- Öz-özünə yayılması;
- Kimyəvi maddələrə qarşı dayanıqlı olması;
- Sıxılmaya, əyilməyə və dartılmaya qarşı yüksək dayanıqlığa malik olması;
- Zərbə və aşınmaya qarşı yüksək dayanıqlı olması;
- Beton və suvaqla yüksək ilişkənliyə malik olması;
- İşləmə qabiliyyətini və istifadəyə yararlığını uzun müddət qoruyub saxlaması;
- Yığılmaması;
- Tərkibində həlledici olmaması kimi üstünlüklərə malikdir.